XİN: Dominik De Buman İsveçrənin neytrallıq siyasətinə zidd çıxış edir

Azərbaycan İsveçrə Milli Şurasının spikerinin bəyanatına reaksiya verib

Source:
Dominik de Buman
Dominik de Buman


Azərbaycan İsveçrə Milli Şurasının spikerinin bəyanatına reaksiya verib

KİV-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın Yerevanda səsləndirdiyi fikirlərini şərh edərək bildirib:

Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir.

Meydan TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirlyinin mətbuat katibi Hikmət Hacıyev bəyan edib.

O qeyd edib ki, İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın Yerevanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.

“Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səfərlə və indi Yerevandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq Azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir”.

Dominik De Buman Ermənistanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin millətlərin öz müqəddəratını təyin etmə prinsipi ilə həll edilməli olduğunu bəyan edib.

Ana səhifəXəbərlərXİN: Dominik De Buman İsveçrənin neytrallıq siyasətinə zidd çıxış edir