Milli Şura 30 mayda “Xilas ol” şüarı ilə mitinq keçirib. Mitinq başlamazdan öncə ərazidə axtarış aparan polislər içərisi qumla dolu 48 ədəd plastik butulkalar aşkar ediblər. Mitinq təşkilatçıları bildiriblər ki, bu butulkaları polislər özləri əraziyə qoyublar. Daha sonra polislər tribunaya vurulan afişaları cırıblar. Buna görə polislə iştirakçılar arasında mübahisə yaranıb.
Mitinqdə Azadlıq prospektində baş verən yanğında həlak olanların,Müsavat üzvü Nərgiz Yaqublunun və intihar edən Qarabağ qazisinin ruhu biri dəqiqəlik sükutla yad edilib.
Mitinqdən sonra 3 nəfər saxlanılıb. Onların kimliyi məlum deyil. Mitinq təşkilatçıları həmin şəxsləri tanımadıqlarını bildiriblər.