Xərci borcunu ödəməyən büdcə

”Büdcə 241 milyon manat kəsirlə icra olunub”

Source:


”Büdcə 241 milyon manat kəsirlə icra olunub”

“2016-cı ildə dövlət büdcəsinə 17 mlrd. 501,2 mln. manat daxil olub. Xərclər isə 17 mlrd. 742,4 mln. manatdır”, – Dövlət Statistika Komitəsinin məlumatıdır.

Komitə büdcənin icrasında 241,2 mln. manatlıq kəsir yarandığını deyir:

“Bu da ümumi daxili məhsulun 0,4 faizi səviyyəsindədir”.

İqtisadçı Rövşən Ağayev deyir ki, xərclər təsdiqlənən variantla müqayisədə 4.1 faiz (752.6 milyon manat) az icra edilib. Əslində isə büdcənin qanunu xərcləri 18.495 milyard manat nəzərdə tutmuşdu. Fakt odur ki, 17.742 milyard manat olub:

“İcra təsdiqlənəndən 4 faiz (680 milyon manat) çoxdur. Büdcənin qanunu gəlirləri 16.822 milyard manat nəzərdə tutmuşdu, faktiki daxilolmalar 17.501 milyard manat olub. 241 milyon manat kəsirdir. Halbuki 2016-cı ilin büdcə qanununda büdcə kəsri 1.673 milyard manat nəzərdə tutulmuşdu. Deməli, kəsir proqnozlaşdırılan göstəricidən 7 dəfə azdır”.

Rövşən Ağayev

İqtisadçı hökumətin qanunda nəzərdə tutulan hansı xərc öhdəliklərini ixtisar etməsi barədə əlavə məlumatın olmadığını deyir:

“Bir o məlumdur ki, 2016-cı ilin büdcə kəsirini örtmək üçün hökumətin əlində 1.450 milyard manata yaxın xəzinə ehtiyatı (qalığı) vardı. Göründüyü kimi, göstəricinin 7 dəfə az olması həmin ehtiyatların 1.2 milyard manatının qorunub saxlanması ilə nəticələnib. Bu, o deməkdir ki, artıq Maliyyə Nazirliyinin ehtiyatında 2017-ci ilin proqnozlaşdırılan 645 milyon manatlıq büdcəkəsirinə qarşı 1.2 milyard manat ehtiyat var”.

Ana səhifəXəbərlərXərci borcunu ödəməyən büdcə