Xədicə İsmayılın həbs müddəti uzadıldı(VİDEO)

Yanvarın 27-də Səbayıl rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb. Prokuror Xədicə İsmayılın həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı təqdimat verib. Müşavirədən qayıdan məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar verib.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Azadlıq Radiosunun rəhbərliyi bəyan edib ki, jurnalistin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

Ana səhifəVideoXədicə İsmayılın həbs müddəti uzadıldı(VİDEO)