Təcridxanadan yazdığı yazılardan sonra onun kamerasında axtarış aparılıb
Bu barədə jurnalist aprelin 28-də apellyasiya şikayətinə baxılarkən deyib.
Eyni zamanda, jurnalistin kamerasında axtarış aparılarkən çarpayısının baş tərəfində saxlanc yeri aşkar etdiklərini bildiriblər və töhmət həm də buna görə verilib. Ancaq jurnalist bildirib ki, onun saxlandığı kamerada sabiq YAP-çı deputat Gülər Əhmədova da olub, çarpayı isə 2009-cu ildən istifadədir. Saxlanc yerinin kim tərəfindən hazırlandığı ona məlum deyil: “Azər Seyidova dedim ki, nə istəyirsiniz edin. Seyidov dedi ki, bunları ona görə yazırsan ki, səni karsa salaq? Amma bunu etməyəcəyik. Əsas verməyəcəyik ki, Avropa Oyunlarından yazdığın üçün karsa salındığını söyləyəsən. Amma karsa salmaq təhdidi sezilirdi, bu baxımdan dedim ki, nə istəyirsiniz edin, amma məni daha görüşə çağırmayın”.
Proses zamanı Xədicə İsmayıl şüşə yox, dəmir barmaqlıqlar arasına salınıb. Prosesdə iştirak edən Meydan TV əməkdaşının sözlərinə görə, vəkillərin bununla bağlı vəsatəti təmin olunmayıb. Hətta onun vəkili ilə söhbəti və görüşü də məhdudlaşdırılıb. Nəzarətçilərin icazəsi olmadan jurnalist vəkillərə heç nə verə bilməyib.
Meydan TV-in əməkdaşı bildirib ki, hakim nəzarətçilərlə məsləhətləşəndən sonra vəsatətlərə münasibət bildirib.
Prosesdə vəkillər Apellyasiya Məhkəməsində qismən istintaqa baxılması vəsatətini qaldırıblar, çünki Binəqədi Məhkəməsində istintaq araşdırılması aparılmayıb. Amma vəsatət təmin olunmayıb.
Növbəti proses mayın 12-də keçiriləcək.
Elman Həsənov (Türkoğlu) Xədicə İsmayılın “facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Binəqədi Rayon Məhkəməsi isə Xədicə İsmayılın 2500 manat cərimələnməsi barədə qərar çıxarıb. Həmin qərardan Xədicə İsmayıl vəkili vasitəsi ilə apellyasiya şikayəti verib.
Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.