Xədicə İsmayıl prokurorluqdan kompensasiya tələb edir

İşə üçüncü şəxs qismində Maliyyə Nazirliyi cəlb olunub

Source:


İşə üçüncü şəxs qismində Maliyyə Nazirliyi cəlb olunub

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Bakı Şəhər Prokurorluğuna qarşı iddia qaldırıb. O, əsassız olaraq intihar həddinə çatdırma ittihamı ilə üç ay həbsxanada saxlandığına görə 9 min 30 manat maddi zərərə düşdüyünü, üstəlik mənəvi zərərə görə 20 min manat tələb etdiyini bildirib.

İşə üçüncü şəxs qismində Maliyyə Nazirliyi cəlb olunub.

İddia üzrə hazırlıq iclası avqustun 17-də Səbil rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə olacaq.

X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib. O, 2015-cı il martın 6-dək həmin maddə üzrə həbsdə saxlanılıb.

Lakin 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi X.İsmayıla 125-ci maddə üzrə bəraət verərək iqtisadi cinayətlərə görə 8,5 il müddətinə azadlıqdan məhrum edib.

Bununla da, məhkəmə təstiqləyib ki, X.İsmayıl 2014-cü il dekabrın 5–dən 2015-cı il martın 6-dək – yəni, 91 gün qanunsuz olaraq həbsdə saxlanılıb.

Mayın 25-də Azərbaycan Ali Məhkəməsi jurnalistin üzərindən mənimsəmə və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarını götürərək real həbs müddətini şərti olaraq 3,5 il müddət ilə əvəzləyib.

Ana səhifəXəbərlərXədicə İsmayıl prokurorluqdan kompensasiya tələb edir