Xədicə İsmayıl məhbəsdən Yeni il təbriki göndərib (FOTOLAR)

Bizim işimiz həqiqəti söyləməkdir, həbslər və təzyiqlər isə onun bir hissəsidir.

Source:



Dekabrın 5-də həbs olunan araşdırmaçı jurnalist  Xədicə İsmayıl məhbəsdən Yeni il təbriki göndərib. Öz dostları və həmfikirlərinə ünvanladığı məktubda jurnalist onları tutduqları yoldan dönməməyə çağırır.

Mənim əzizlərim, dostlar.

İstintaq təcridində olsam da, fikirlərimi həbs edə bilməzlər, onlar sizinlədir. Təəssüf etdiyim yeganə məsələ varsa o da sizə kömək etmək imkanından məhrum olmağımdır. Axı siz çox vacib bir iş görürsünüz – əzilən insanlara həyan durursunuz. Bütün məsləkdaşlarımızla birlikdə hamınızın Yeni ilini təbrik edirəm.

Mən Yeni ili ədalət və həqiqətin qələbə çalacağına böyük ümidlərlə qarşılayıram. Bizim işimiz həqiqəti söyləməkdir, həbslər və təzyiqlər isə onun bir hissəsidir.

Mənim həbsim dir daha sübut edir ki, can atdığımız dəyişiklilərin həyata keçməsinə nail olmalıyıq, elə bir reallıq əldə etməliyik ki, həqiqət həyat norması olsun, doğru danışmaq üçün qorxuya qalib gəlməyə ehtiyac qalmasın.

Siz yaxşı bilirsiniz ki, məni niyə həbs ediblər. Əsl səbəb korrupsiya hallarını üzə çıxarmağımdır. Zülmkar rejimin haqsızlıqlarına qarşı durmağın ən təsirli yolu da məhz onun korrupsiya cinayətlərinin araşdırilması, əzilən insanların hüquqlarının müdafiə olunması işini davam etdirməkdir. Bəli, bu iş bizə baha başa gəlir, amma onu görməyinə dəyər.

Nazim Hikmətin yazdığı kimi,



Düşməsin bizimlə yola:



evində ağlayanların



göz yaşlarını



boynunda ağır bir



zəncir



kimi




daşıyanlar!

Möhkəm olun! İşimiz davam edir.

Yeni araşdırmalar, insan haqları və ədalətin müdafiəsi uğrunda yeni səylər, budur sizə Yeni il arzularım!




Xədicə İsmayıl.





Kürdəxanı təcridxanası





13 dekabr 2014




(Azadlıq Radiosu)


Ana səhifəXəbərlərXədicə İsmayıl məhbəsdən Yeni il təbriki göndərib (FOTOLAR)