Xəbərdarlıq: Sabahdan havalar soyuyacaq

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var

Source:
foto sosial şəbəkə


Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var

Fevralın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var, arabir mülayim şimal-qərb küləyi güclənəcək.

Bildirilir ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz   5-7° isti olacaq:

“Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək:

“Səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq”,-deyə bildirilib.

Departament fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq, ayın 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Ana səhifəXəbərlərXəbərdarlıq: Sabahdan havalar soyuyacaq