Xalisə Şahverdi ”125-lər”dən ayrıldı

“Siyasi Klubu vətəndaş mövqeyimlə tərs düşən bəzi səbəbələrə görə tərk edirəm”

Source:

Hüquqşünas Xalisə Şahverdi üzv olduğu “125-lər” Siyasi Klubundan istefa verib. O, bunu özünün Facebook səhifəsindən elan edib: “İctimai –siyasi fəaliyyətdə böyük ümid və inamla qoşulduğum “125-lər” Siyasi Klubunu vətəndaş mövqeyimlə tərs düşən bəzi səbəbələrə görə tərk edirəm. Hər kəsə uğur arzulayıram”.

İyunun 11-də Milli Məclisin bir qrup deputatı ölkədə siyasi məhbusların olmadığını bildirən bəyanat yayıb. Həmin bəyanatda “siyasi məhbus” kimi tanınan ictimai-siyasi şəxslər və jurnalistlər “cinayətkar” adlandırılıb. Bəyanatı imzalayanlar arasında “125-lər” Siyasi Klubunun təsisçilərindən və üzvlərindən olan deputat İqbal Ağazadə də imzalayıb. Onun bu addımı birmənalı qarşılanmayıb.

Xalisə Şahverdi bu səbəbdən klubdan istefa verib. Üzvlər arasında dolaşan məlumatlara görə, daha bir neçə nəfərin də “125-lər”dən istefa verəcəyi gözlənilir.

Ana səhifəXəbərlərXalisə Şahverdi ”125-lər”dən ayrıldı