Xalid Bağırovun məhkəməsi olacaq

O, vəkillikdən məhrum edilə bilər

Source:


O, vəkillikdən məhrum edilə bilər

Xalid Bağırovun vəkil kimi fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edilib.

Bu barədə “Qafqazinfo”ya X.Bağırov özü məlumat verib. O bildirib ki, Vəkillər Kollegiyasının qərarı icra olunub. Kollegiya dekabrın 10-da Xalid Bağırovun vəkil kimi fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar vermişdi. Həmin gün məhkəmə qərarı verilənə qədər vəkilin fəaliyyəti müvəqqəti dayandırılmışdı.

X.Bağırov bildirib ki, iş üzrə ilk məhkəmə iclası yanvarın 9-a təyin olunub. İşə Nizami rayon Məhkəməsində baxılacaq. Hakim Habil Əhmədovdur.

Xalid Bağırov haqda qaldırılan bu iddiaya onun ReAL sədri İlqar Məmmədovun məhkəməsindəki çıxışı səbəb olub. Vəkilin çıxışı zamanı “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələri dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib.

Ana səhifəXəbərlərXalid Bağırovun məhkəməsi olacaq