Xalid Bağırov vəkillikdən uzaqlaşdırılıb

Buna səbəb kimi Kollegiya vəkilin “Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı” çıxışını göstərib

Source:



Buna səbəb kimi Kollegiya vəkilin “Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı” çıxışını göstərib

Vəkil Xalid Bağırov 10 dekabrda Vəkillər Kollegiyasının qərarı ilə vəkillikdən uzaqlaşdırılıb. Bu barədə Meydan TV-yə məlumat verən vəkil bildirib ki, səbəb kimi onun Şəki Apellyasiya Məhkəməsindəki çıxışı göstərilib. “İlqar Məmmədovun vəkili olaraq Şəki Apellyasiya Məhkəməsindəki çıxışımda “Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı” demişdim. Kollegiya bu  hissəni dövlətçiliyə qarşı çıxış, vəkilliyi nüfuzdan salmaq kimi qiymətləndirib. İntizam Komissiyasında çıxışımın müzakirə olunduğunu bilirdim. Bu gün  saat 10-da vəkilliyimə xitam verilməsi ilə bağlı qərar verilib. Bununla bağlı Vəkillər Kollegiyası məhkəməyə müraciət edib”.

Xalid Bağırov deyib ki, onun vəkillikdən uzaqlaşdırılması fəaliyyəti ilə bağlıdır.

Vəkil Xalid Bağırov Siyasi və “vicdan” məhbusu kimi tanınan İlqar Məmmədov, Leyla Yunus, Hilal Məmmədov, Əbdül Əbilov, NİDA-çılar və digər vətəndaşların hüquqlarını müdafiə edir.

Ana səhifəXəbərlərXalid Bağırov vəkillikdən uzaqlaşdırılıb