Vurğun Əyyub: ”Azərbaycanda təhsilin sistemi yoxdur”

“Mikayıl Cabbarov Azərbaycan təhsilinin konkret hansı baxımdan maraq doğurduğunu söyləsəydi, qiymətləndirmək olardı”

Source:


“Mikayıl Cabbarov Azərbaycan təhsilinin konkret hansı baxımdan maraq doğurduğunu söyləsəydi, qiymətləndirmək olardı”

Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edən təhsil naziiri Mikayıl Cabbarov çıxışında bildirib ki, Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur.

Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.

Nazir deyib ki, Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindəndir. Ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir.

Demokratiya və Rifah Hərəkatının məclis üzvü Vurğun Əyyub nazirin fikrini Meydan TV-yə şərh edərkən bildirib ki, Mikayıl Cabbarov Azərbaycan təhsilinin konkret hansı baxımdan maraq doğurduğunu söyləsəydi, qiymətləndirmək olardı: “Amma mən güman etmirəm ki, beynəlxalq aləmdə təhsilimizin uğurunu göstərən hansısa nailiyyət var”.

Vurğun Əyyubun fikrincə, Azərbaycan təhsilində o qədər problem var ki, bunun içərisindən əsasını seçmək çox çətindir: “Ümumiyyətlə, Azərbaycanda təhsilə baxış düzgün formalaşmayıb və təhsilin fəlsəfəsi, sistemi yoxdur. Bunu anlayandan sonra digər problemlərin həlli yollarından danışmaq olar”.

Ana səhifəXəbərlərVurğun Əyyub: ”Azərbaycanda təhsilin sistemi yoxdur”