Jurnalist şərləndiyini deyir
————————————–
18.50. Vüqar Qurdqanlı haqqında İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi dəyişdirilib və o, azad olunub. Bu barədə özü Facebook səhifəsində məlumat paylaşıb.
Jurnalist Vüqar Qurdqanlı saxlanılıb. Bu barədə onun özü blogger Mehman Hüseynova məlumat verib. Hazırda Binəqədi rayon Məhkəməsinə aparıldığını deyən Vüqar Qurdqanlının sözlərinə görə, onu şərləyiblər. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) təqsirləndirilir.
Hazırda onunla əlaqə yaratmaq mümkün deyil.