Vuhanda ölənlərin sayı 4600-ə yüksəlib

Türkiyədə isə insan ölümünün sayı 1643-ə yüksəlib.

Source: Foto: https://ru.euronews.com/


Dünya COVİD 19-la bağlı nə qərarlar verir?

Koronavirus epidemiyasının başlanğıc yeri olan Vuhan şəhərində koronavirusdan ölənlərin sayının 4600 olduğu açıqlanıb. “

BBC türkce

” belə məlumat verib.

Bundan əvvəl ölənlərin sayı təxminən 3 min 300 kimi göstərilirdi. 1300 bal fərqinin, yenilənmiş xəstəxana hesabatlarının və evlərində həyatını itirənlərin əlavə edilməsi ilə meydana gəldiyi bildirilib.

Hazırda 11 milyonluq əhalisi olan vuhanda virusa indiyədək 50 min 333 nəfər yoluxub. Bu isə ölkə üzrə yoluxmaların (82 min 367 nəfər) üçdə ikisi deməkdir.

Çinin təqdim etdiyi rəqəmlərlə bağlı çoxdan suallar dolaşırdı, Vuhan yanvarda bir neçə gün heç ölü, yaxud yoluxma sayı açıqlamamışdı. Bu da Çin rəsmilərinin pandemiyanın təsirini azaltmağa çalışması, onu daha tez nəzarətə almaq fürsətini qaçırmasıyla bağlı ittihamlara yol açmışdı.

Türkiyədə isə insan ölümünün sayı 1643-ə yüksəlib.


Braziliyada “evdə qal” tövsiyəsi verən Səhiyyə naziri işdən çıxarılıb

Braziliya Prezidenti Jair Bolsonaro “sosial məsafə və evdə qalmağı” tövsiyə edən Səhiyyə naziri Luiz Henrique Mandettanı işdən çıxarıb.

Covid-19-u “kiçik bir qrip” olaraq təyin edən Bolsonaro, Səhiyyə nazirinin koronavirusun yayılmasına yanaşmasını tənqid edib.

Tvitində Mandetta, vəzifəsindən uzaqlaşdırıldığı barədə bildirişin ona göndərildiyini yazıb.

Mandetta bütün dünyada Braziliyada həyata keçirilən tədbirlərin ölkəsində də həyata keçirilməsini tövsiyə etsə də, Bolsonaro tərəfindən baş vermiş hadisəni "düzgün qiymətləndirməməsi" üçün tənqid olunur.


Hindistanda yerə tüpürənlər cəzalandırılır

Hindistan Covid-19-un yayılmasına "ciddi təhlükə" yaratdığına görə, ictimai sferada yerə tüpürməyi qadağan edib.

Bir çox şəhərdə yerə tüpürmək artıq yerli qanunla qadağan edilmişdi, lakin ciddi şəkildə tətbiq edilmirdi.

Ancaq Daxili İşlər Nazirliyi artıq ümumdünya qadağasını tətbiq etdi.

Paytaxt Dehlidə yerə tüpürənlərə 2000 rupi (45 manat) cərimə ediləcəyi açıqlandı. Mumbayda yerə tüpürmək cəzası bunun yarısıdır.

Dehlidəki yerli səlahiyyətlilər “Times of India” qəzetinə verdiyi açıqlamada komendant saatı məhdudiyyətləri qaldırıldıqdan sonra bazarlarda və digər ictimai yerlərdə reydlər keçirəcəklərini söyləyiblər.

Karantin dövrü Hindistanda mayın 3-dək tətbiq ediləcək.

Məlumatda bildirilir ki, Hindistandakı Müsəlman Kommunikasiya Birliyinin mart ayında Dehlidə keçirilən toplantısından sonra ölkədə koronavirus hadisələrində yeni bir artım müşahidə edilib.

Ancaq bu xəbər anti-islam fikri kimi yayılmağa başlandı. Hesab edilir ki, 200 milyon müsəlmanın yaşadığı ölkədə saxta xəbərlərlə müsəlmanlara qarşı yeni bir yayınma dalğası var.


Qərb mediası nə yazır?

“Reuters” isə rəy sorğusuna əsasən yazır ki, Böyük Yeddilik (G7) ölkələrində yaşayanların üçdə birindən çoxu yeni koronovirus pandemiyasının onların gəlirlərinə təsir etdiyini deyir.

“Kantar” market araşdırmaları şirkətinin keçirdiyi sorğuda respondentlərin 37 faizi gəlirlərin azaldığını, 8 faizi gəlirini tamamilə itirdiyini deyib.

Bu, pandemiyaya görə tətbiq olunmuş karantin qaydalarının iqtisadiyyata vurduğu ziyanın dərinliyini göstərir.


Azadlıq Radiosu

yazır ki, Beynəlxalq Valyuta Fondu 2020-ci il ərzində qlobal iqtisadiyyatın 3 faiz azalacağını bildirib və bu, 1930-cu illərin Böyük Depressiyasından bəri ən böyük azalmadır.

Koronavirus pandemiyasına görə gəlirlərinə ziyan dəydiyini deyənlər daha çox İtaliya, Kanada və Birləşmiş Ştatlar ərazisindədir.

Onlayn sorğu 9-13 aprel tarixlərində Böyük Yeddiliyin hər bir ölkəsində min nəfər arasında keçirilib.

Ana səhifəDünyaVuhanda ölənlərin sayı 4600-ə yüksəlib