Viktoriya Nuland Bakıya gəlir

Source:

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya gəlir. O, ölkənin siyasi rəhbərliyi ilə danışıqlar aparacaq. Bu barədə “Turan İA”-a diplomatik mənbələrdən məlum olub.

Səfər proqramının detalları açıqlanmır. Lakin çox güman ki, ikitərəfli münasibətlərin durmadan pisləşməsi diqqət mərkəzində olacaq.

Əsasən Vaşinqtonda Azərbaycanda insan hüquqlarının və demokratik normaların pozulmasına görə ölkəyə qarşı sanksiyaların tətbiqi barədə çağırışlar səslənir. Bakıda isə ABŞ-ın Azərbaycanda “rəngli inqilab” etmək və sabitliyi pozmaq planının olduğunu bəyan edirlər.

Ana səhifəXəbərlərViktoriya Nuland Bakıya gəlir