Mənbə: Meydan Tv

Video-blogerin Rusiyadan Azərbaycana deportasiya qərarı ləğv edildi

Elvin İsayev miqrantların saxlanma mərkəzindən sərbəst buraxılıb

Sankt-Peterburqun şəhər məhkəməsi sentyabrın 9-da azərbaycanlı video-bloger Elvin İsayevin Azərbaycana deportasiya edilməsi barədə qərarı ləğv edib.

Məlumatı Rusiya mətbuatı yayıb.

Deportasiya haqqında qərarı Dzerjinski rayon məhkəməsi vermişdi. Elvin İsayev həmçinin 5 min rubl cərimə edilmişdi. İşə yenidən baxılacaq.

Elvin İsayev miqrantların müvəqqəti saxlanması məntəqəsindən də azad edilib.

Dzerjinski məhkəməsi Elvin İsayevin Azərbaycan vətəndaşı olmasını əsas gətirərək, onun Rusiyada müvəqqəti yaşama qaydalarını pozduğunu bildirmişdi. Elvin İsayev isə 18 ildir Rusiya vətəndaşı olduğunu və sənədini sonuncu dəfə 2014-cü ildə yenilədiyini bildirmişdi.

Elvin İsayev Azərbaycanda hakimiyyət əleyhinə danışdığı videolarla tanınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x1tfy6

Ən çox baxılan