Rusiya azərbaycanlı blogeri deportasiya edir

Vəkil Anton Pavlov deyib ki, əgər həqiqətən də Elvin İsayev həmin sənədi götürübsə, Azərbaycan tərəfinin səhvini də istisna etmək olmaz.

Source: meydan tv


Blogerin Rusiya pasportunu etibarsız sayıblar

Sankt Peterburqun Dzerjinski rayon məhkəməsi Rusiya vətəndaşı olan bloger Elvin İsayevin Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıb.


Rusiya mətbuatı

nın məlumatına görə, əslən azərbaycanlı olan Elvin İsayev Rusiya pasportunu ilk dəfə 18 il əvvəl alıb və sonradan sənədinin yararsız hala düşməsi səbəbindən 2014-cü ildə ona yenisi verilib.

Elvin İsayev “Youtube” kanalında Azərbaycan hakimiyyətinin ünvanına sərt sözlər işlətməsi ilə tanınıb.

Məhkəmə Elvin İsayevi Rusiya ərazisində yaşamaq rejimini pozmaqda günahkar bilib. Azərbaycana göndərilməzdən əvvəl o, əcnəbilər üçün nəzərdə tutulan təcridxanada saxlanılanacaq.

Onun Rusiyada yaşamaq rejimini pozmasına əsas kimi, 2015-ci ildə Azərbaycanın Sankt Peterburqdakı Baş Konsulluğunda aldığı arayış göstərilir. Həmin arayışda Elvin İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilib.

Elvin İsayevin vəkilləri onun özünə istinadən təsdiq ediblər ki, həqiqətən də Elvin hansısa məsələyə görə konsulluğa müraciət edib və nə üçün həmin arayışda Azərbaycan vətəndaşı kimi qeyd olunduğunu bilmir.

Vəkil Anton Pavlov deyib ki, əgər həqiqətən də Elvin İsayev həmin sənədi götürübsə, Azərbaycan tərəfinin səhvini də istisna etmək olmaz.

Rusiyanın “Fontanka” nəşri Elvin İsayevin Rusiya pasportunun həqiqi olub olmamasını yoxlayıb. Məlum olub ki, həqiqətən də 2001-ci ildə Elvin İsayev Azərbayan vətəndaşlığından imtina edərək, Rusiya pasportu alıb. Daxili İşlər Nazirliyinin bazasında Elvin İsayevin 2014-cü ildə pasportunu yenilədiyini və həmin sənədin həqiqi olması qeyd edilib.

Elvin İsayev həmçinin bildirib ki, 2017-ci ildə onun hakimiyyət nümayəndəsinə müqavimət maddəsi ilə məhkəməsi olub və o zaman həmin Rusiya pasportu təsdiqlənib. İsayev bildirib ki, Sankt Peterburqda onun həyat yoldaşı, iki həddi-büluğa çatmayan övladı, anası və qardaşları yaşayır. O qeyd edib ki, Azərbaycanda yaşamağa yeri yoxdur.

Elvin İsayevin vəkilləri məhkəmənin hökmündən şikayət edəcəklərini bildiriblər.

Ana səhifəXəbərlərRusiya azərbaycanlı blogeri deportasiya edir