Elvin İsayev miqrantların saxlanma mərkəzindən sərbəst buraxılıb
Sankt-Peterburqun şəhər məhkəməsi sentyabrın 9-da azərbaycanlı video-bloger Elvin İsayevin Azərbaycana deportasiya edilməsi barədə qərarı ləğv
edib
.
Məlumatı Rusiya mətbuatı yayıb.
Deportasiya haqqında qərarı Dzerjinski rayon məhkəməsi vermişdi. Elvin İsayev həmçinin 5 min rubl cərimə
edilmişdi
. İşə yenidən baxılacaq.
Elvin İsayev miqrantların müvəqqəti saxlanması məntəqəsindən də azad edilib.
Dzerjinski məhkəməsi Elvin İsayevin Azərbaycan vətəndaşı olmasını əsas gətirərək, onun Rusiyada müvəqqəti yaşama qaydalarını pozduğunu bildirmişdi. Elvin İsayev isə 18 ildir Rusiya vətəndaşı olduğunu və sənədini sonuncu dəfə 2014-cü ildə yenilədiyini bildirmişdi.
Elvin İsayev Azərbaycanda hakimiyyət əleyhinə danışdığı videolarla tanınıb.