Vicdan məhbusu həbsxanada əməliyyat olundu

Xəstəxanada məlum olub ki, Sirac Kərimovun apendisiti partlayıb və əməliyyat yubanıb

Source:


Xəstəxanada məlum olub ki, Sirac Kərimovun apendisiti partlayıb və əməliyyat yubanıb

Vicdan məhbusu Sirac Kərimli dünən kəskin sancılanmadan sonra saxlandığı təcridxanadan Penetensiar Xidmətin Mərkəzi Xəstəxanasına köçürülüb.

Bu haqda vicdan məhbusunun atası, Müsavatın Məclis üzvü Raqif Kərimli məlumat verib. Xəstəxanada məlum olub ki, məhbusun apendisiti partlayıb və əməliyyat yubanıb. Üç saat davam edən ağır əməliyyatdan sonra Sirac Kərimli reanimasiya şöbəsinə köçürülüb. Vicdan məhbusunun vəziyyətinin ağır olduğu bildirilir.

Sirac Kərimli onun qardaşı Fərəc Kərimli ilə səhv salındığı üçün həbs olunub. Müsavat başqanının müavini Fərəc Kərimlinin həbs olunması tapşırığını alan polis əməkdaşları səhvən Sirac Kərimlini həbs edərək, ona qarşı ittiham irəli sürüblər və məhkəmə bu səhvi gizlətmək üçün onun barəsində hökm çıxarıb (bastainfo.az).

Ana səhifəXəbərlərVicdan məhbusu həbsxanada əməliyyat olundu