Məhkəmə Hüquq Şurası Akşin Əfəndiyevi korrupsiyaya şərait yaradan hallara yol verməkdə günahlandırmışdı
Korrupsiyaya şərait yaradan hallara yol verdiyi üçün ötən il oktyabrın 17-də işindən uzaqlaşdırılan hakim Akşin Əfəndiyev yenidən fəaliyyətdədir.
Bu barədə məlumatı “Abzas.net” yayıb. Sayt hakimin 2017-ci ildə çıxdığı işlərin siyahısını da dərc edib. Yasamal Rayon Məhkəməsi hakim Akşin Əfəndiyevin hazırda orada fəaliyyət göstərdiyini təsdiqləyib.
17 oktyabr 2016-cı ildə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Məhkəmə Hüquq Şurasının iclası
keçirilib
və Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev korrupsiyaya şərait yaradan hallara yol verdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılıb.
Ədliyyə Nazirliyindən məsələyə münasibət bildirilməyib.
Hakim Akşin Əfəndiyev 1980-ci ildə doğulub. 2002-ci ildə Dağıstan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2002-2007 Qobustan Rayon Məhkəməsinin məhkəmə iclas katibi, 2007-2013 Bakı Apelyasiya Məhkəməsi Təşkilat şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi olub. 2013 -cü ildən isə Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır. O, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işinə baxan hakimdir.
Hakim Akşin Əfəndiyevin Yanvar ayına olan iş cədvəli: