Vətəndaş İlham Əliyevi məhkəməyə verib

Əminət Əhmədovanın fikrincə, məmurların hərəkətinə görə prezident məsuliyyət daşıyır

Source: google


Əminət Əhmədovanın fikrincə, məmurların hərəkətinə görə prezident məsuliyyət daşıyır

Paytaxtın Nəsimi rayonunda yaşayan Əminət Əhmədova Prezident Administrasiyasını və şəxsən prezident İlham Əliyevi məhkəməyə verib. Məmurların onun hüquqlarını pozduğunu, sənədlərini vermədiyini bildirən Ə.Əhmədovanın fikrincə, vəzifəli şəxslərin hərəkətlərinə görə dövlət başçısı məsuliyyət daşıyır.

2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddən deportasiya olunan Ə.Əhmədova bu barədə qərarı ala bilmədiyini söyləyir. Onun sözlərinə görə, Nəsimi rayonu, Cavadxan küçəsindəki mənzilində yaşayış sahəsi çox kiçikdir, yeni ev almağa da maddi durumu imkan vermir. Ona görə eyvanı artırıb orada yeni mətbəx düzəldib. İcra hakimiyyətindən yeni tikili üçün sənəd almaq istəsə də, ala bilmir.

Ə.Əhmədova hər iki məsələ ilə əlaqədar ayrı-ayrılıqda məhkəməyə müraciət edib. Lakin məhkəmələr onun Prezident Administrasiyası və şəxsən prezidentə qarşı şikayətlərinə baxmaqdan imtina ediblər. Həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, həm də Bakı Apelyasiya Məhkəməsi onun şikayətlərinə baxılmasını mümkün hesab etməyib. Ali Məhkəməyə isə vəkili olmadığına görə şikayət edə bilməyib. O, dövlət hesabına vəkillə təmin olunmaq üçün müraciət etsə də, ərizəsinə müsbət cavab verilməyib.

Ana səhifəXəbərlərVətəndaş İlham Əliyevi məhkəməyə verib