”Vergidən yayınmaya görə 33 cinayət işi başlayıb”

Nazirlik: ”141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb”

Source:


Nazirlik: ”141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb”

“2017-ci ilin I rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə 33 cinayət işi başladıb”, – deyə qurumun analitik informasiya şöbəsində “Turan”-a deyiblər.

Bu, ötən ilin eyni dövründəkindən 4 dəfə azdır. Deyilən işlər üzrə aparılan araşdırmalar zamanı 906,3 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib:

“Bu, ötən ilkindən 5 dəfə azdır. Bundan başqa, Departamentin İstintaq idarəsində 141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. İstintaqı tamamlanmış cinayət işlərindən 31 iş üzrə 33 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib”.

Vergilər Nazirliyində qeyd ediblər ki, 110 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Ana səhifəXəbərlər”Vergidən yayınmaya görə 33 cinayət işi başlayıb”