”Vergi Məcəlləsinə 201 dəyişiklik nəzərdə tutulur”

”Layihələr nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması və inzibatçılığın sadələşdirilməsini nəzərdə tutur”

Source:
Fazil Məmmədov
Fazil Məmmədov


”Layihələr nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması və inzibatçılığın sadələşdirilməsini nəzərdə tutur”

Dekabrın 14-ü Milli Məclisin komitələrinin birgə iclası keçirilir.

APA-nın xəbərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda prezidentin parlamentə yeni layihələr təqdim etdiyini deyib. Ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın və bütövlükdə dövlətin davamlı inkişafı nəzərdə tutulur: “Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir”.

Vergilər naziri Fazil Məmmədov da qeyd edib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması və inzibatçılığın sadələşdirilməsini nəzərdə tutur. Habelə, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması qarşıya məqsəd kimi qoyulur. “Vergi Məcəlləsinə 201 dəyişiklik nəzərdə tutulur”, – deyə nazir qeyd edib.

Ana səhifəXəbərlər”Vergi Məcəlləsinə 201 dəyişiklik nəzərdə tutulur”