Vəkili: ”Tale Bağırova işgəncə verilir”

“Burun sümüyü sındırılıb, özünün bildiridiyinə görə, ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin bu yolla alınmasına cəhdlər edilib”

Source:


“Burun sümüyü sındırılıb, özünün bildiridiyinə görə, ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin bu yolla alınmasına cəhdlər edilib”

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Tale Bağırov işgəncələrə məruz qalır. Bu barədə məlumatı onun vəkili Cavad Cavadov öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, müvəkkili ailəsi ilə də ünsiyyət qura bilmir:

“29 dekabr 2015-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olundum və orada saxlanılan Tale Bağırova mənim müdafiəçi olaraq formal təqdimetməm keçirildi. Tale Bağırovla konfindensial ünsiyyət saxlamaq imkanım olmasa da, qısa olaraq danışmaq imkanım oldu. Ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb, özünün bildiridiyinə görə, ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin bu yolla alınmasına cəhdlər edilib. Buna baxmayaraq, o, özünü təqsirli bilməyib. Onun ailə üzvlərinlə zəng etmək hüququ təmin olunmur, sovqat, hətta adi pal-paltar qəbul olunmur”.

Vəkil qeyd edib ki, bu məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılması 14 yanvar saat 15-00 təxirə salınıb: “Məhkəmə iclasında işgəncə hallarının araşdırılması ilə bağlı məhkəmə tibb ekspertizasının keçirilməsi tələb edəcəyik”.

Ana səhifəXəbərlərVəkili: ”Tale Bağırova işgəncə verilir”