Jurnalist təzyiqindən şikayətçidir
Vəkil Elmar Süleymanov ötən həftənin sonu “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı, jurnalist Rauf Mirqədirovla görüşüb. Bu barədə Meydan TV-yə açıqlama verən vəkil bildirib ki, Rauf Mirqədirovun şikayəti təzyiqindəndir. Başqa bir narahatçılığı yoxdur.
Vəkil jurnalistə yalnız rəsmi qəzetlərin verildiyini bildirib və bundan narazılığını gizlətmədi.
Elmar Süleymanov Rauf Mirqədirovun istintaq işində yenilik olmadığını da vurğuladı.
Ötən ilin aprelin 19-da Türkiyədən deportasiya olunaraq Bakıda həbs edilən jurnalist Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist ittihamları rədd edir və peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür.
Noyabrın 21-də Rauf Mirqədirovun həbs müddəti daha 5 ay uzadılıb.
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı R.Mirəqdirovun xidmətlərini, onun jurnalistikada keçdiyi yolu, “Fəxri jurnalist” adına layiq görüldüyünü, Gerd Buserius Fondunun beynəlxalq mükafatının sahibi olduğunu bəyan edir.
Təşkilat bildirir ki, ki, R.Mirqədirov Türkiyə baş naziri Ərdoğan Bakıdan getdikdən 2-3 gün sonra həbs olunub.