Vəkil: Rasim Əliyevin ölümünü unutdurmaq istəyirlər

Mərhum jurnalistin ailəsi gecikdirilmənin səbəbi ilə bağlı prezident İlham Əliyevə müraciət edib

Source:


Mərhum jurnalistin ailəsi gecikdirilmənin səbəbi ilə bağlı prezident İlham Əliyevə müraciət edib

Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin reportyor Rasim Əliyevin ölümü ilə bağlı heç bir açıqlama verməməsi narahatlıq doğurur.

Vəkil Əsabəli Mustafayev bu barədə açıqlama verib.

Vəkil düşünür ki, mərkəzin açıqlamanı gecikdirməsi Rasim Əliyevin ölümünü unutdurmaq məqsədi daşıyır. Mərhum jurnalistin ailəsi gecikdirilmənin səbəbi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Rasim Əliyev avqustun 8-də Bayıl qəsəbəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Aldığı xəsarətlər nəticəsində jurnalist bir gün sonra vəfat edib.

Avqustun 11-də futbolçu Cavid Hüseynov, bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər həbs edilib. C.Hüseynova Cinayət Məcəlləsinin 307.1, 307.2. – cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub (ANS).

Ana səhifəXəbərlərVəkil: Rasim Əliyevin ölümünü unutdurmaq istəyirlər