Vəkil Ramil Usubova müraciət etdi

O, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmir

Source:


O, hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilmir


“Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova

Hörmətli cənab Nazir!

Üçüncü gündür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan hüquqlarını müdafiə etdiyim Əliyev Vüqar Sabir oğlu ilə görüşə bilmirəm, istintaq orqanı tərəfindən hər gün bəhanələr gətirilir”.

Bu fikirləri vəkil Cavad Cavadov öz “Facebook” səhifəsində yayıb. Vəkil bildirib ki, müstəntiq tərəfindən ona martın 13-də Vüqar Əliyevlə görüş veriləcəyinə söz verilsə də, bu, baş verməyib:

“Təqsirləndirilən şəxs və müdafiəçinin elementar hüquqununun təmin edilməsindən imtina edən dövlət qurumunun hərəkətləri bizdə əsaslı şübhələr yaradır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 157.3 maddəsinə görə, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz. Vüqar Əliyev barəsində 11 mart 2015-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir.  Vüqar Əliyevin, ümumiyyətlə, Müvəqqəti Saxlama Təcridxanasında saxlanılması qanunsuzdur”.

“Bu qanunsuzluqlara son qoyulmasına göstəriş verməyinizi xahiş edirəm.

Vəkil, Cavadov Cavad”-deyə, vəkil müraciətini yekunlaşdırıb.

Ana səhifəXəbərlərVəkil Ramil Usubova müraciət etdi