Vəkil Baş Prokurorluğa cavab verdi

Source:

“Belə məsuliyyətsiz açıqlamalara görə Azərbaycan dövləti dəfələrlə Avropa Məhkəməsində cəzalandırılıb”

Vəkil Xalid Bağırov Leyla və Arif Yunusların istintaqdan yayınması ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin məlumatını təkzib edib.

Lakin X.Bağırov “Turan İA”-a bildirib ki, prokurorluğun məlumatı həqiqəti əks etdirmir: “Mayın 29-da səhər saat 10:00 radələrində müstəntiq İbrahim Ləmbəranski mənə və Leyla Yunusa zəng vuraraq 2 saatdan sonra Leyla xanımı əlavə dindirmək istədiyini bildirdi. Leyla Yunus Ləmbəranskiyə deyib ki, bir şərtlə gələr ki, qanunsuz götürülmüş pasportları ona və həyat yoldaşıma qaytarılsın. Mən Lənbəranskiyə dedim ki, mayın 29-da saat 12:00-da  məhkəmədə olacağam, gunorta saatlarında isə başqa işlə bağlı  prokurorluğa gedecəyəm.  Həmin gün  Ləmbəranski Leyla Yunusa mayın 30-da saat 14.30-da istintaqda olması barədə yazalı bildiriş göndərdi. Arif Yunus isə aprelin 29-dan mayın 30-dək nə şifahi, nə də yazılı qaydada istintaqa dəvət edilməyib. Hətta biz istintaqa müraciət edərək A. Yunusun qanunvericiliyin tələbinə uyğun həkimin razılığı və iştirakı ilə ifadə verməyə hazır olduğunu bildirmişik. Yalnız  mayın 30-da saat 12.30-da Ləmbəranski yenidən telefon edərək  bazar ertəsi -2 iyun saat 10:00-da Arif Yunusu səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün istintaqa çağırıb”.

Vəkilin sözlərinə görə, nə Leyla Yunus, nə də Arif Yunus ifadə verməkdən imtina etməyiblər və etmirlər. Onlar yanlız qanunsuz olaraq götürülmüş pasportlarının geri qaytarılmasını tələb edirlər.

Qanunvericilik şahidlərin pasportlarının əlindən alınması və hərəkətlərinə məhdudiyyət qoyulmasını qadağan edir və Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolunun 2 maddəsinin kobud pozuntusudur.

O həmçinin bildirib ki,  mayın 30-da hər hansı rəsmi xəbərdarlıq almayıb.

Vəkil Leyla Yunusun  istintaqa təzyiq göstərmək və istintaqın gedişini yanlış istiqamətə yönəltmək cəhdləri, Mətanət Əzizovanın ölkədən qaçmasını təşkil etməsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun  fikirlərini də şərh edib.

“Bu cür fikirlər vətəndaşın təhqir olunması və onun təqsirsizlik prezumsiyası hüququnun pozulmasıdır. Belə məsuliyyətsiz açıqlamalara görə Azərbaycan dövləti dəfələrlə Avropa Məhkəməsində cəzalandırılıb. Digər tərəfdən, Eldar Sultanovun Leyla Yunus barədə fikirləri onun təmsil etdiyi qurumun və onun rəhbərliyinin mövqeyidir. Bütün bunlardan sonra  Leyla Yunusa qarşı istintaqın qərəzsiz olacağına necə inanmaq olar” – deyə vəkil Bağırov vurğulayıb.

Ana səhifəXəbərlərVəkil Baş Prokurorluğa cavab verdi