Vəkil: Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilə bilər (yenilənib)

Azər Qasımlı baş prokurorluqda ifadə verir

Source:


Azər Qasımlı baş prokurorluqda ifadə verir

***


ReAL sədrinin müavini Azər Qasımlı saat 14.15-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini tərk edib.


Bu barədə Meydan TV-yə açıqlama verən Azər Qasımlı bildirib ki, yanvarın 28-də 5 saatlıq dindirmə zamanı verilən suallar çərçivəsində söhbət aparılıb: “Yenə İran səfirliyinin rəsmisilə görüş məsələsi, Eynulla Fətullayevin yazdığı cəfəngiyyat məqaləsi barədə suallar verildi, vəssalam”.


A.Qasımlı vəkil E.Sadıqovun buraxılmamasını izah etməkdə çətinlik çəkdiyini dedi: “Mənə dedilər ki, prosedur qaydalarına görə vəkil orderini baş prokurora təqdim etməliydi. Amma vəkilin buraxılmamasını təzyiq kimi qiymətləndirirəm”.

***

Yanvarın 31-i saat 13.00-da həbsdə olan REAL sədri İlqar Məmmədovun müavini Azər Qasımlı yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Vəkil Elçin Sadıqova onunla birgə içəri girməyə izin verilməyib. Bu barədə vəkil “Facebook” səhifəsində yazıb. O, bu addımı Azər Qasımlının müdafiə hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirib:

“Məni buraxmadıqlarına görə güman edirəm ki, onu təqsirləndirilən şəxs qismində cəlb edib, həbs qətimkan tədbiri seçəcəklər”.

Azər Qasımlı yanvarın 28-də də Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 5 saat dindirilmişdi.

Azər Qasımlı “Turan”a İran səfirliyinin əməkdaşlarının REAL ofisinə gəlməsi haqqında dindirildiyini söyləmişdi. O görüşün məxfi olmadığını, təşkilatın bu haqda məlumat və foto yaydığını söyləyib:

“Bundan əvvəl REAL ofisinə ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və digər ölkələrin səfirliklərinin əməkdaşları da gəlib və bu barədə KİV-də məlumat verilib. Baş Prokurorluğun araşdırmasını “qanunsuz addım və REAL-a və onun lideri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, hələ də həbsdə saxlanılan İlqar Məmmədova təzyiq məqsədi güdən siyasi sifarişin icrası” olduğunu düşünürəm”.

Yanvarın 28-də prokurorluq REAL-ın İran diplomatından pul alması haqqında materialların araşdırıldığı bəyan edib.

Ana səhifəXəbərlərVəkil: Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilə bilər (yenilənib)