Vəfa Quluzadə: “Qərb sözə inanmır”

“İrəvan Gömrük İttifaqına daxil olmaq qərarı verəndən sonra ondan üz çeviriblər”

Source:


“İrəvan Gömrük İttifaqına daxil olmaq qərarı verəndən sonra ondan üz çeviriblər”

“Erməni tərəfi həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiyanın dövlət başçılarının 6 bəyanatında qeyd olunan prinsip və elementlər əsasında Azərbaycanla aparılan danışıqları Qarabağ probleminin həlli üçün əsas prinsip olduğunu qəbul edir”- deyə Sərkisyan vurğulayıb.

“Biz həmsədrlərin xalqları sülhə hazırlamaq çağırışını bölüşürük”-deyə o qeyd edib.

Sərkisyan həmçinin bildirib ki, Ermənistan silahlı qüvvələrinin hissələri Moskvada Böyük Vətən Müharibəsində qazanılan Qələbənin 70 illiyi ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək (strateq.az).

Ermənistan prezidenti Serj Sərkisyanın açıqlamasını Meydan TV-yə şərh edən politoloq Vəfa Quluzadə hesab edir ki, İrəvan özünü Qərbə konstruktiv göstərmək və günahı Azərbaycanın boynuna atmaq istəyir: “Sərkisyan Ermənistanın məlum prinsiplər əsasında problemin həllinə hazır olduğunu deyir. Bəs hanı?! Nəyə görə bütün görüşlər uğursuzluqla nəticələnir? Niyə görə atəşkəs xəttində bu qədər adam həlak olur, sülh yoxdur?”

Politoloq düşünür ki, Sərkisyan bu açıqlamanı məqsədli şəkildə verib: “Qərb Ermənistana qarşı sərtləşib, xüsusilə rəsmi İrəvan Gömrük İttifaqına daxil olmaq qərarı verəndən sonra ondan üz çeviriblər. Ona görə Ermənistan istəyir ki, işğalçı olmalarına və sülhə məhəl qoymalarına, bütün prinsipləri rədd etmələrinə baxmayaraq, Qərb “Ermənistan yaxşıdır” desin. Hazırda erməni diasporu da bu yöndə fəallıq nümayiş etdirir ki, Azərbaycandan fərqli olaraq Ermənistan sülh istəyir. Bu, təbliğat fəndidir, vəssalam! Ancaq Qərb sözə inanmır”.

Ana səhifəXəbərlərVəfa Quluzadə: “Qərb sözə inanmır”