Mükafat həbsdə olan Anar Məmmədlinin atası Asəf Məmmədova veriləcək
Oktyabrın 1-də Çexiya paytaxtı Praqada Prague Crossards-də “İnsan Haqları 25 ildən sonra” adlı beynəlxalq konfrans keçirilir. Konfrans Havel mükafatının qalibinin şərəfinə təşkil edilir.
Meydan TV-in tədbirdə olan əməkdaşının bildirdiyinə görə, mükafat həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin atası Asəf Məmmədova veriləcək. Hazırda Asəf Məmmədov da konfransda iştirak edir.
Vatslav Havel Mükafatını Avropa Şurası Parlament Assambleyası, Praqa Havel Kitabxanası və “Xartiya 77” Fondu birlikdə təsis edib. Bu mükafat insan haqları sahəsində xidmətlərə görə verilir. Mükafat fondu 60 min avrodur.
Ötən il mükafat belaruslu insan haqları müdafiəçisi Ales Bialiatskiye verilib.