Varlı kəndin su daşıyan qadınları

”Arabanı itələməkdən qollarımda taqət də qalmayıb. İllərdir hər günüm belədi. Bu yaşımdada su daşımağa məcburam”

Source:
Sənəm Cabbarova
Sənəm Cabbarova
Sənəm Cabbarova
Sənəm Cabbarova


”Arabanı itələməkdən qollarımda taqət də qalmayıb. İllərdir hər günüm belədi. Bu yaşımdada su daşımağa məcburam”

Ayağı qaloşlu,güllü çalmalı Sənəm Cabbarova təkərli arabasını sürüyüb yaşadığı küçənin başından su doldurmağa gedir. Bir araba su dolu qabları,öz diliylə desək, 25 qapı o tərəfə daşıyır.  69 yaşlı qadın islanmış ətəyinin suyunu sıxa-sıxa gileylənir ki,kəndlərində suyun olmaması həyatlarını, yaşayışlarını çox ağırlaşdırır.

Gürcüstanın Telavi rayonunun əsasən etnik azərbaycanlılar yaşayan Qaracalakəndinin əksər qız-gəlinləri günlərini hər gün küçələrdə su daşımaqla keçirir.Kəndin kişilərinin çoxu işləmək üçün xarici ölkələrə getdiklərindən, su daşımaq işi əsasən qadınların üzərinə düşür.

“Susuz kənddə nə iş görmək olar ki? Ona görə cavanlarımızın hamısı dolanışıq üzündən didərgin düşüb. Mənim də evdə iki azyaşlı nəvəm var, gəlinim isə hamilədi.Məcburam evin bütün suyunu mən daşıyam.İllərləbu cür yaşamaqmı olar?!” – deyir, Sənəm Cabbarova.

Qaracalar kəndi
Qaracalar kəndi

Qaracala kəndinin təxminən 10 min nəfər əhalisi olsa da,Sovetlər dönəmindən bu kəndə su xətti çəkilməyib.Dörd il bundan öncəyə qədər sakinlər qonşu gürcü kəndindəkiarteziandan su daşıyırlarmış. Yerli icra qurumarı kəndin bir neçə yerində su çənləri quraşdırdıqdan sonra camaat suyu onlardan götürür.

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyir ki, azərbaycanlılar yaşayan kəndlərin əksəriyyətindəhəyat şəraiti xeyli çətindir. Onun sözlərinə görə, xüsusən də əhalinin su ilə təminatı məsələsinə Gürcüstan hökümətilaqeyd yanaşır. Ə.Əsgərov deyir ki,kəndlərin istər suvarma, istərsə də içməli su ilə təminatı bələdiyyə və yerli icra qurumlarına həvalə olduğundan,problemlərin həlliprimitivformada aparılır:

“Bu, bütün ölkədə belədi, ammaazərbaycanlılar yaşayanbölgələrdə insanlar su sarıdan daha çox əziyyət çəkir. Çünkiyerli icra qurumları daha çox gürcülər yaşayan kəndlərəciddi yanaşır,azərbaycanlıların isə əksər problemlərini arxa plana atırlar. Məsən,Qaraçaladan həmin su çənləri ilk olaraq gürcü kəndlərinə quraşdırılmışdı və azərbacanlılar da suyu ordan daşıyırdılar. İndi də gürcü kəndlərinin əksəriyyəti su xətti ilə təmin edilib, çənləri isə Qaraçalaya gətiriblər”.

Qaraçala kənd sakini Nurnisə Əlabbasova deyir ki, qızını uzaq yerə ərə verib. Oğlu isə hələ subay olduğundan ev işlərində, əsasən də su daşımaq üçün ona kömək edən bir kimsə yoxdur. Tək başına daşıya bildiyi su isə ancaq onların yemək-içməyinə, əl-üzlərini yumalarına yetir:

“Gücüm çatmır, axşama qədər azı beş dəfə su dalınca gedirəm.Adam bezir. İndi hansı zəmanədir ki, biz susuzluqdan 10 gündən bir çimək?!Nə etməli, su çatdırmaq olmur”.

Qaraçalada sakinlərin əksəriyyətinin maddi vəziyyəti heç də pis deyil. Bunu, kənddə yaxşı görkəmli evlərin heç də az olmamasından da sezmək mümkündür. Kəndin kişiləri işləmək üçün əsasən Rusiya və Qazaxıstana üz tutub. Cəfər Novruzov da deyir ki, maddi durumupis deyil,əgər kəndə ümumi su xətti çəkilsə,ordan öz evinə boru quraşdırılmasını şəxsi vəsaiti ilə reallaşdıra bilər:

“Dəfələrlə bələdiyyəyə məktub yazmışıq, gedib şifahi də demişik. Amma məhəl qoyan yoxdu. Niyə aşağıdakı gürcü kəndində su xətti neçə ildir var,amma bizə çəkmirlər?Mənim bu kənddə yaşadığım 34 il ərzində nə müraciətim, şikayətim olubsa, heç birinə müsbət cavab almamışam”.

Qaraçala kənd icra nümayəndəsinin müavini Ruslan Aşurov deyir ki, əhalini su ilə təmin etmək üçün xəttin çəkilməsi onların imkanı xaricindədir.Onun sözlərinə görə, bugünədək gücləri ancaq su çənləri quraşdırmağa və bir küçədə artezian quyusu qazmağa çatıb:

“Çənləri kəndin bir neçə yerində qoymuşuq ki, kimə hansı yaxındırsa, suyu ordan daşısın. Yəni camaat susuz qalmır. Evlərə su çəkilməsi gələcəyin işidir”.

Telavi rayon Bələdiyyəsi Qaraçalada daxil olmaqla 13 kəndi əhatə edir. Bələdiyyədən verilən məlumata görə, su xətlərinin çəkilməsi üçün layihələryerli icra nümayəndəlikləri tərəfindən təqdim edilməlidir. Əgər bələdiyyələrin də razılığı və büdcədə lazımi vəsait olarsa,layihələrreallaşdırıla bilir. O ki qaldı Qaraçalaya, Telavi Bələdiyyəsi bildirir ki, hələlik büdcə ayırmaları bu kəndə əsaslı su xəttinin çəkilişinə imkan vermir.

“Göyərçin” Demokratik İttifaqının sədri Səbinə Talıbova isə hesab edir ki, azərbaycanlılar yaşayan bölgələrdə əhalinin məişət şəraiti və sosial infrastruktur təminatının qənaətbəxş olmaması, həm də sakinlərin passiv iştirakından irəli gəlir:

“Gürcüstan dövləti hər il kəndlərin inkişafı üçün vəsait ayırır. Bu vəsaitlərin necə xərclənməsi ilə bağlı qərarlarda sakinlər də fəal iştirak etməlidirlər. Amma azərbaycanlılar təşəbbüskar olmadıqları kimi, tələbkar da deyillər. Məsələn, mən bir çox problemlərin həlli üçün onlara təklif etmişəm ki, gəlin birgəişləyək,gedib lazımi yerlərə də birgə müraciət edək. Heç kim irəli durmur. Öz problemlərinin həlli üçün könüllü nə isə etmək, hökümətdən belə nələrsə tələb etmək istəmirlər. Kənarda dayanıb giley-güzar etməklə məsələ həll olunmur”.

Su yüklü arabasını daşlı kənd yolları ilə güclə aparan Sənəm Cabbarova isətəkərlərində tez-tez sıradan çıxmasından şikayətlənir. Onu daha da yaşlı göstərən qırış basmış üzünü,əllərini göstərib,kinayə ilə “bu dəmir parçasınındözməyən zülmə, bu gedişlə çətin ki, mən də dözəm” – deyir.

Ana səhifəXəbərlərVarlı kəndin su daşıyan qadınları