Valyutadəyişmə məntəqələri işləmir

Valyuta ajiotajı ərzaq və siqaretin qiymətinin artmasına səbəb olur

Source:


Valyuta ajiotajı ərzaq və siqaretin qiymətinin artmasına səbəb olur

Bakıda dollar və avro satışı praktik olaraq dayandırılıb. İstirahət günlərində olduğu kimi, bazar ertəsi də valyutadəyişmə məntəqələri bağlı olub.

Banklar valyuta satmırlar, halbuki, formal olaraq lövhələrdə Mərkəzi Bankın rəsmi məzənnəsi göstərilib.

Bu barədə “Turan İA”-nin məlumatında deyilir. Bildirilir ki, plastik kartlardan da xarici valyuta çıxarmaq mümkün deyil. Hətta kartdan valyuta çıxarılması zamanı 4 faiz komisyon müəyyən edildikdən sonra bankomatlardan dollar və avro çıxarmaq mümkün deyil. Faktiki olaraq valyuta bazarı iflic vəziyyətinə düşüb.

Valyuta ajiotajı ərzaq və siqaretin qiymətinin artmasına səbəb olur. İdxalçılar riskləri sığortalamağa can ataraq qiymətləri qaldırırlar.

Valyuta spekulyasiyasına və qiymətlərin süni artımına qarşı qətiyyətli mübarizə ilə bağlı ölkə prezidentinin prokurorluğa və müvafiq qurumlara dünənki tapşırığından sonra da vəziyyət dəyişməyib.

Bu arada “qara bazar”da canlanma yaranıb. Dollar 1,9-2 manata, avro 1-2,1 manata satılır.

AMB-nin yanvarın 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1,5642 manat, 1 avro 1,7009 manatdır. Həmin məzənnə yanvarın 11-də də elan edilib.

Ana səhifəXəbərlərValyutadəyişmə məntəqələri işləmir