Valyuta bazarı 3 dəfə kiçilib

Nağd xarici valyutaya tələbin azalması ilə bankların gətirdiyi dollar da 6,2 dəfə azalıb

Source:


Nağd xarici valyutaya tələbin azalması ilə bankların gətirdiyi dollar da 6,2 dəfə azalıb

Bu ilin 1-ci rübündə Azərbaycanın valyuta bazarında ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.


Fins.az

Mərkəzi Bankın Pul siyasəti icmalına istinadən xəbər verir ki, valyuta əməliyyatların 82 faizi ABŞ dollarında, 18 faizi digər valyutalarda aparılıb. Bazarın kiçilməsi nağd xarici valyuta bazarında da müşahidə edilib.

Belə ki, 3 ay ərzində bankların satdığı dollar 55 dəfə azalaraq 79 milyon dollara, avro əməliyyatları isə 3,5 dəfə azalaraq 69 milyon avroya düşüb. Nağd xarici valyutaya tələbin azalması ilə bankların gətirdiyi dollar da 6,2 dəfə azalıb.

Hesabat dövründə xarici valyutaya tələbin azalmasın əsasən mal və xidmət idxalının azalması ilə bağlı olub. Bundan başqa dollarlaşmanın zəifləməsi də valyutaya tələbin azalmasında rol oynayıb.

Valyuta təklifinin aşağı düşməsi əsasən Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta satışlarının azalması ilə əlaqədar olub. Belə ki, ARDNF-in xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s) xarici valyuta təklifinin azalması cari ilin I rübündə davam edib.

2016-cı ildə Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib. ARDNF-nun valyuta bazarında satışları da Mərkəzi Bank vasitəsi ilə hərraclar çərçivəsində həyata keçirilib. Valyuta hərracları həftədə bir neçə dəfə aparılıb hər bir hərracın parametrləri haqda məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. I rüb ərzində ümumilikdə 33 hərrac keçirilmişdir. Tələb 12 hərracda təklifi üstələdiyi halda 21 hərracda tam ödənilib. Hərraclarda orta günlük tələb 132 milyon dollar, təklif isə 148 milyon dollar təşkil edib. Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nun xarici valyuta satışları ümumilikdə 1 milyard 253 milyon dollar təşkil edib.

Ana səhifəXəbərlərValyuta bazarı 3 dəfə kiçilib