“İstefam kənar təsirlərlə bağlı deyil, partiyadaxili məsələdir”
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli AXCP və Milli Şura üzvlüyündən istefa verib.
Bu barədə Vahid Məhərrəmli “Facebook” səhifəsində paylaşıb edib.
Vahid Məhərrəmli istefası barədə Meydan TV-yə deyib ki, o, bundan sonra da ölkədə baş verən haqsızlığa, ədalətsizliyə qarşı mübarizəsini davam etdirəcək.
Vahid Məhərrəmli istefasının partiya daxili məsələ olduğunu bildirib:
“Mənə AXCP və Milli Şura üzvü olmağımla bağlı hakimiyyətdən hər hansı təzyiq olmayıb. Yəni istefam kənar təsirlərlə bağlı deyil, partiyadaxili məsələdir”.
Vahid Məhərrəmli 2015-ci ildən AXCP üzvüdür.