Mənbə: Meydan TV

"Uşaqlarımın yeməyə, ərzaqa ehtiyacı var"

"Uşaqlarımın yeməyə, ərzaqa ehtiyacı var"

Covid-19 pandemiyasına görə, ölkənin kilidlənməsi onlara aclıq gətirib. Binə qəsəbəsində yaşayan Məmmədovlar ailəsinin bir gəlir yeri yoxdur. Karantin dövrünə qədər Gültəkin Məmmədova həyat yoldaşının ustalıq etməklə ailəsini birtəhər dolandırdığını deyir. İndi onun işi də dayanıb.

Hökumətin işsizlər üçün ayırdığı 190 manat üçün müraciət etsələr də, hələ cavab gəlməyib. 2 övladı olan Gültəkin Məmmədova evlərində bir neçə günlük ərzaq təminatı ilə nə edəcəyini bilmir.

Gültəkin xanımın 13 yaşlı qızının gözündə çəplik var. Onu əməliyyat elətdirmək üçün də imkanları yoxdur.

Karantin dövrü ona qışı xatırladır. Qış aylarında həyat yoldaşının işi axsayır, dolanışığı təmin etmək çətinləşir.

Covid-19 pandemiyası ilə bağlı hökumət yardım paketini açıqlayıb. İşsiz 200 min vətəndaşa 190 manat məbləğində birdəfəlik ödəniş olacaq. Bu ödəməni ailədə ər arvaddan ancaq biri ala bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0mfn2t

Ən çox baxılan