Uşakov Dağlıq Qarabağ məsələsində nikbin deyil

İlqar Vəlizadə: ”Baş verənlər hərb ssenarilərinin yaranmasına əsaslar verir”

Source:
Yuri Uşakov foto report.az
Yuri Uşakov foto report.az


İlqar Vəlizadə: ”Baş verənlər hərb ssenarilərinin yaranmasına əsaslar verir”


Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma mübahisənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik”, – deyə Y.Uşakov vurğulayıb.

Yuri Uşakovun bəyanatını Meydan TV-yə şərh edən siyasi icmalçı İlqar Vəlizadə bildirib ki, bu, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bir müddət öncə səsləndirdiyi açıqlamayla ziddiyyət yaradır: “Çavuşoğlu demişdi ki, Rusiyayla 5 rayonun qaytarılmasını müzakirə ediblər, Moskva prinsipcə əleyhinə deyil. Çox güman ki, Rusiyada bəzi dairələr münaqişənin həllində maraqlı deyillər və pessimist yanaşırlar”.

İlqar Vəlizadə foto sosial şəbəkə

Siyasi icmalçı düşünür ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan durum çox mürəkkəbdir:”Uşakovun açıqlaması ABŞ dövlət katibi

Con Kerrinin bəyanatını

xatırladır. O da nikbin bəyanat səsləndirməmişdi. Baş verənlər hərb ssenarilərinin yaranmasına əsaslar verir”.

Ana səhifəXəbərlərUşakov Dağlıq Qarabağ məsələsində nikbin deyil