Uqandada hamilə qadın koronavirus təcridində ölüb

Zəng etmək üçün heç bir mərkəzi nömrə yoxdur və yalnız bir və ya iki vəzifəli şəxs Uqandanın 134 rayonunun hər birinə səyahət icazəsi verə bilər.

Source: Foto: https://www.softpower.ug/


Çox az təcili yardım maşınına sahib bu kasıb ölkədə nəqliyyat qadağası bəziləri üçün ölümlə nəticələnir

Skovia Nakavooyanın doğulmamış uşağı xəstəxanaya piyada yetişməyə çalışarkən ana bətnində ölüb. O, Uqandada koronavirus təcridinin qurbanı olmuş ən azı yeddi qadından biridir, – “Reuters” xəbər verir.

Pandemiyadan onsuz da ağırlaşan xəstəxanaları yükləməmək üçün rəsmilər ölkədə xüsusi icazə olmadan şəxsi nəqliyyatın fəaliyyətini qadağan ediblər. Çox az təcili yardım maşınına sahib bu kasıb ölkədə nəqliyyat qadağası bəziləri üçün ölümlə nəticələnir.

İnsan hüquqları qrupu deyir ki, doğuş üçün xəstəxanaya ayaqla getməli olduqları üçün 7 qadın və 2 körpə ölüb. Səhiyyə Nazirliyi deyib ki, ölüm halları araşdırılır və hələ bu haqda şərh verə bilməz.

Mart ayının 30-dan bəri hökumət şəxsi nəqliyyatın hərəkətini qadağan edib. Bu hal tibbi təcili yardıma möhtac insanların da əziyyət çəkməsinə səbəb olur. Lakin səhiyyə işçiləri deyirlər ki, yolda nəqliyyat vasitələrinin qadağan edilməsi xəstələrin və heyətin tibb müəssisələrinə çatmasını çətinləşdirir.

“Bu, çox gülüncdür”,- Uqanda Tibb Dərnəyinin baş katibi doktor Muhereza Mukuzi deyib.

Dövlət təcili yardım maşınları çatışmadığı üçün uqandalılar xəstəxanaya şəxsi nəqliyyat vasitəsiylə çatırlar. Lakin indi şəxsi nəqliyyatın istifadəsi üçün yerli rayon komissarlarından icazə tələb olunur.

Zəng etmək üçün heç bir mərkəzi nömrə yoxdur və yalnız bir və ya iki vəzifəli şəxs Uqandanın 134 rayonunun hər birinə səyahət icazəsi verə bilər. Bir çox komissar nömrələrini əhaliylə paylaşmayıb və ya telefon zənglərinə cavab verilmir, – vətəndaşlar yerli mediada şikayətləniblər.

4 uşaq anası Nakavooyanın ailəsi də kimə zəng edəcəyini bilməyib. Onun yoldaşı Frensis Kibenge sürücülərdən onu xəstəxanaya aparmasını xahiş edib.

“Heç kim razı olmurdu”, – şahidlərdən biri “Reuters”ə deyib.

Nakavooya təzə beton tökülmüş məzarında yatır. Onun doğulmamış körpəsi də yanında qırmızı torpaq altındadır.

Ana səhifəDünyaUqandada hamilə qadın koronavirus təcridində ölüb