Ülvi Həsənlinin məhkəməsi olacaq

Məhkəmədən ona qarşı qeyri-insani rəftarın araşdırılması istənilir

Source:


Məhkəmədən ona qarşı qeyri-insani rəftarın araşdırılması istənilir

NİDA Vətəndaş Hərəkatının möhlət hüququ olmasına rəğmən hərbi xidmətə aparılan üzvü Ülvi Həsənlinin noyabrın 4-də məhkəməsi olacaq.

Meydan TV xəbər verir ki, bunu vəkil Elçin Sadıqov deyib.

Şikayətdə iddia olunur ki, Ülvi Həsənli zorla hərbi qulluğa aparılarkən qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalıb. Məhkəmədən bu iddiların araşdırılması istənilib.

Şikayətə Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev baxacaq. Məhkəmədən istənilib ki, Ülvi Həsənlinin prosesdə iştirakı və ekspertizadan keçirilməsi təmin olunsun.

Bundan əlavə baş prokurora, hərbi prokurora, Müdafiə Nazilriyinə də şikayət göndərilib. Ancaq hələlik şikayətlərlə bağlı hər hansı araşdırma aparılmayıb.

İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA hərəkatının üzvü Ü.Həsənlinin oktyabrın 26-sı Meydan TV-yə zorla hərbi xidmətə aparıldığını

bildirmişdi

.

Deyirdi ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb. Halbuki onun hərbi xidmətdən 2019-cu ilədək möhlət hüququ olub.

Əlaqəli rəsmi qurumlar Ü.Həsənlinin hərbi xidmətə aparılması və işgəncəyə məruz qalması ilə bağlı vəkilinin açıqlamasına hələ ki, cavab vermir.

NİDA hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir. Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Ana səhifəXəbərlərÜlvi Həsənlinin məhkəməsi olacaq