Ukraynanın ilk prezidenti vəfat edib

L.Kravçuk. Foto: Union

88 yaşlı Leonid Kravçuk ürək xəstəliyindən əziyyət çəkib

Ukraynanın I prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra mayın 10-da vəfat edib.

88 yaşlı L.Kravçukun ölümünü deputat İrina Geraşenko “Telegram” kanalında təsdiqləyib.

Keçmiş dövlət başçısının ötən ilin iyunun sonunda səhhəti pisləşdiyindən ürək əməliyyatı keçirmişdi. Əməliyyatdan sonra Kravçuk reabilitasiya üçün Almaniyaya göndərildi.

Leonid Kravçuk 1991-1994-cü illərdə Ukraynanın ilk prezidenti olub.
O, Rusiya Prezidenti Boris Yeltsin və müstəqil Belarusun birinci lideri Stanislav Şuşkeviçlə birlikdə SSRİ-nin mövcudluğuna son qoyan Belovejskaya sazişinin imzalanmasında iştirak edib.

L.Kravçuk 1934-cü ildə kəndli ailəsində anadan olub. O, 1958-ci ildə Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini siyasi iqtisadçı ixtisası üzrə bitirib.

Sabiq dövlət başçısı 1990-cı ilin iyunundan sentyabr ayına qədər – Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olub. 23 iyul 1990-cı ildə Ukrayna SSR Ali Sovetinin sədri vəzifəsinə seçilib.

1991-ci ildə Leonid Kravçukun sədrliyi ilə Respublika Ali Soveti Ukraynanın Müstəqillik Bəyannaməsi haqqında qərar və Akt qəbul edib.

Ana səhifəXəbərlərUkraynanın ilk prezidenti vəfat edib