Ukraynada azərbaycanlı xeyriyyəçi: Lvovdan xüsusi reportaj

Malik Məhərrəmov 27 ildir Ukraynada yaşayır. Müharibə başlayandan, o, bu ölkədə xeyriyyə işləri görməyə başlayıb. Digər şəhərlərdən Lvova gələn əhali üçün yeməklər hazırlanır, onlar paltarlarla təmin olunurlar.

Ukraynda yaşayan azərbaycanlıların təxliyəsi üçün də pulsuz avtobuslar ayrılıb. Türkiyə avtobusları azərbaycanlıları da İstanbula qədər pulsuz çatdırır.

Lvov hazırda Ukraynada daxili qaçqınların ən çox məskunlaşdığı ərazilərdən biridir. Bu şəhərdə könüllü xeyriyyəçilər müharibədən qaçanlara kömək etməyə çalışırlar.

Malik Ukraynaya köməyin “haqq işi” olduğunu deyir və çeçen döyüşçülərə müraciət edir.

Ana səhifəVideoUkraynada azərbaycanlı xeyriyyəçi: Lvovdan xüsusi reportaj