Ukrayna 50 hərbçini Rusiyaya qaytarıb

Foto: Teleqram

Rusiya isə 52 ukraynalı hərbçini ölkəsinə verib

Oktyabrın 29-da Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub.

Bu barədə “Telegram” kanalında məlumat paylaşan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak 52 ukraynalının əsirlikdən azad edildiyini yazıb.

O, azad edilənlər arasında AZOV-dan, Hərbi Dəniz Donanmasından, Sərhəd Xidmətindən hərbçilərin və mülki şəxslərin də olduğunu bildirib.

Rusiya tərəfi də Ukraynada saxlanılan 50 hərbçinin qaytarıldığını təsdiqləyib. Bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin “Telegram” kanalında qeyd edib.

Oktyabrın 17-də Ukrayna 108 qadını rus əsirliyindən azad edib.

Oktyabrın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisi Artem Dextyarenko bildirib ki, müharibə başlayandan Ukrayna 978 hərbi əsiri geri qaytara bilib.

Ana səhifəDünyaUkrayna 50 hərbçini Rusiyaya qaytarıb