“Azərbaycan tərəfi təhlükəsizlik zəmanəti verib”
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməsi ilə bağlı heç bir problemin yaranmayacağını bildirib.
TASS xəbər verir ki, bu barədə UEFA-ya göndərilən müvafiq sorğunun cavabında
deyilir.
“Arsenal” klubu mayın 29-da Bakıda Avropa Liqasının finalında Londonun digər klubu “Çelsi” ilə qarşılaşacaq.
“UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün assosiasiyaların, klubların, səfirliklərə viza almaq üçün məktublar göndərməsi standart prosedurdur. Bu baxımdan UEFA və Arsenal klubu müvafiq sorğu göndərib və Azərbaycan tərəfi həmin oyunçunun Bakıya gəlməsində heç bir probleminin olmayacağını bildirib. Bundan başqa, Azərbaycan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib”, – UEFA-nın cavabında deyilir.
H.Mxitaryan bundan əvvəl iki dəfə Bakıya gələ bilərdi. Onun şərəfini qoruduğu Almaniyanın “Borrusiya” klubu 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə, “Arsenal” klubu isə yenə də Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2018-ci ilin oktyabrlında Bakıda “Qarabağ” klubu ilə qarşılaşıb. Oyunların heç birində Henrix Mxitaryan Bakıya gəlməyib.
“Qarabağ” klubu ilə oyundan əvvəl Henrix Mxitaryanın Bakıya mümkün gəlişi ətrafında söhbətlərin aktuallığını nəzərə alaraq Meydan TV bu klubun finala çıxmaq imkanının böyük olması və Azərbaycan tərəfinin bu məsələnin idman prinsiplərinə uyğun həll edilməsi üzərində düşünməli olması barədə yazı
hazırlamışdı.