Üç nəfər minaya düşdü, birinin ayağı kəsildi

Mənbə: “Bizim Yol”

Prokurorluq faktla bağlı araşdırma aparır

Avqustun 2-də səhər saat 10 radələrində Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində üç nəfər minaya düşüb. Onlardan birinin ayağı amputasiya olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sözügedən üç nəfər işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərilə məşğul olan şirkətin əməkdaşları olub. Bunlar 32 yaşlı Yadigar Şükürov, 31 yaşlı Rövşən Əlizadə və 46 yaşlı Qılman Hüseynovdur.

Yadigar Şükürov və Rövşən Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Qılman Hüseynovun isə sağ ayağı amputasiya olunub.

“Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır”, – prokurorluqdan bildirilib.

Ana səhifəBölgəÜç nəfər minaya düşdü, birinin ayağı kəsildi