Üç əsgər anası müharibədən 1 il sonra

Üç əsgər anası müharibədən 1 il sonra

Valideynlər bir il əvvəl oğulları haqqında danışanda onları qəhər boğurdu, bu gün isə üzləri gülür.

Sentyabrın 27-də II Qarabağ müharibəsinin başlamasından bir il keçir. Bir il əvvəl bizə müsahibə verərkən onlar övladlarının müharibədən sağ-salamat qayıdacağına əmin deyildilər. Müharibə bitdi və övladları evlərinə döndülər.

Valideynlər deyir, bir il sonra belə müharibəni xatırladıqda bu günlərə necə tab gətirdiklərinə heyrət edirlər. O günlərdən danışanda yenə gözləri dolur, səsləri əsir.

Müharibə iştirakçılarından yalnız biri- Məmmədrza Məmmədov bizimlə danışmağa razı oldu. Digər iki döyüşçü bu barədə susmağa üstünlük verdilər. Məmmədrza da müharibədə gördükləri haqqında hər şeyi yox, bəzi məlumatları paylaşa biləcəyini dedi.

Müharibə iştirakçısı Elməddin Hüseynli Füzuli və Şuşanın, Məhəmmədəli Şirinli Füzuli və Xocavəndin, Məmmədrza Məmmədov Laçının azad olunmasına görə medalları ilə təltif edilib.

Laçının Güləbird kəndindən olan İlhamə Şirinovanın yoldaşı I Qarabağ müharibəsində, oğlu II Qarabağ müharibəsində döyüşüb. O, Qarabağdan çıxanda oğlu 40 gün idi doğulmuşdu. Həyatında iki müharibə görmüş İlhamə xanım istəyir ki, bundan sonra Qarabağda silah açılmasın, insanlar sülh içində yaşasınlar.

Ana səhifəVideoÜç əsgər anası müharibədən 1 il sonra