Üç avtomobil toqquşub, 3 nəfər ölüb

Kürdəxanı qəsəbəsində ”Mercedes”lə ”Opel” və ”Hyundai” markalı avtomobillər toqquşub

Source:


Kürdəxanı qəsəbəsində ”Mercedes”lə ”Opel” və ”Hyundai” markalı avtomobillər toqquşub

Bakıda üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Əfəndiyev Elçinin idarə etdiyi “Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi “Opel” və Süleyman Novruzlunun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüb.

Ana səhifəXəbərlərÜç avtomobil toqquşub, 3 nəfər ölüb