Türkiyədə səslərin 98 faizi sayılıb (yenilənib)

Paytaxt Ankarada, İstanbulda və İzmirdə təkliflərin əleyhinə olanlar çoxluq təşkil edir

Source:


***


22.00. Son məlumata görə,


Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumda bülletenlərin 98 faizinin


 sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.


Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.


***


Paytaxt Ankarada, İstanbulda və İzmirdə təkliflərin əleyhinə olanlar çoxluq təşkil edir

Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 81 faizi sayılıb.

Seçki qutularının 86,25 faizi açılıb, 52,96 faizi lehinə, 47,04 faizi əleyhinə səs verib.


“Hürriyyət”

qəzetinin yazdığına görə, bülletenlərin 81 faizinin sayılmasından sonra seçicilərin 53.6 faizi Konstitusiya dəyişikliyinin lehinə, 46.4 faizi əleyhinə səs verib.

Son məlumatlara əsasən, paytaxt Ankarada, İstanbulda və İzmirdə təkliflərin əleyhinə olanlar çoxluq təşkil edir.

Bildirilir ki, Almaniyada lehinə, Azərbaycanda, ABŞ-da, Böyük Britaniyada, İsveçdə əleyhinə səs verənlər çoxluq təşkil edir.

16 aprel

referendumun

da Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

Ana səhifəXəbərlərTürkiyədə səslərin 98 faizi sayılıb (yenilənib)