16 aprel referendumu Türkiyə tarixində yeddinci referendumdur

Bazar günü keçirilən referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur? onlara ”hə”, yaxud ”yox” cavabları verilməlidir

Source:


B


Bazar günü keçirilən referendum konstitusiyanın 18 maddəsinə düzəliş edilməsini nəzərdə tutur? onlara ”hə”, yaxud ”yox” cavabları verilməlidir

16 aprel referendumuna daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir. Dəyişikliklər qəbul olunarsa, parlament zəifləyəcək, Baş nazir postu ləğv olunacaq, prezidentə məhkəmə sistemi üzərində daha çox nəzarət veriləcək. Beləliklə,  prezident Recep Tayyip Ərdoğanın səlahiyyətləri genişləndiriləcək, daha 10 il hakimiyyətdə qala biləcək.

Dəyişiklikliyin qəbul olunmasından ötrü səs çoxluğu yetərlidir.

Müxalifətdə olan Millətçi Hərəkat Partiyası (MHP) da dəyişikliklərə dəstək verir. Ancaq MHP-dən beş deputat dəyişikliklərə qarşı kampaniya aparıb. Rəy sorğuları partiya tərəfdarlarının üçdə ikisinin təkliflərə qarşı olduğunu ortaya qoyub.

Türkiyə mətbuatı MHP-nin AKP ilə ictimaiyyətə açıqlanmayan saziş əldə etdiyi barədə məlumat da yayıb.

Ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə dəyişikliklərə qarşıdır. Partiya hakim AKP-nin təkliflərinin Türkiyənin Avropa Birliyinə qoşulmaq ümidlərini puça çıxardığını iddia edir.

Azadlıq Radiosunun məlumatına görə, Ədalət və İnkişaf Partiyası (AKP) bildirir ki, kürd separatçıların davamlı müqaviməti, ötən iyuldakı çevriliş cəhdi, ölkədə təkrarlanan terror hücumları, eləcə də qonşu Suriyadan gələn 2 milyondan çox qaçqın güclü prezidentlik sisteminə tələbat yaradıb, yalnız belə bir sistem ölkənin problemlərini yoluna qoya bilər.

Türkiyə mətbuatı yazır ki, referendum üzrə 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs vermək imkanı qazanacaq. Həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb. Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib. Xaricdə səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-i başlayan səsvermə aprelin 16-dək davam edəcək.

Ana səhifəXəbərlər16 aprel referendumu Türkiyə tarixində yeddinci referendumdur