Türkiyədə partlayış olub, ölənlər var

Hadisəni qadın intiharçının törətdiyi güman olunur

Source:
foto haberturk.com
foto haberturk.com


Hadisəni qadın intiharçının törətdiyi güman olunur

Türkiyənin cənubunda, Adana şəhərində partlayış olub. 2 nəfər ölüb, 16 nəfər yaralanıb.


Haberturk.com

yazır ki, partlayış Adana bələdiyyə idarəsinin yaxınlığındakı avtomobil dayanacağında olub.

Partlamadan sonra dayanacaqda yanğın baş verib. Polis avtomobil dayanacağında çalışan bir nəfər şəxsi saxlayıb.

Digər bir güman isə hadisəni qadın intiharçının törətdiyidir. Şəhərin bələdiyyə sədri Mahmut Demirtaş-ın dediyinə görə, partlayış onun ofisinin girişi yaxınlığında olub.

Türkiyənin AB məsələləri üzrə naziri Ömer Çelik Twitter hesabında bunun terror aktı olduğunu yazıb: “Lənətə gəlmiş terrorun hədəfi yenə xalqımızdır. Biz terrorla sona qədər mübarizə aparacağıq”.

Türkiyədə son bir ildə terror hücumlarının sayı artıb. Hadisələrə görə məsuliyyəti ya kürd, ya da “İslam Dövləti” (İŞİD) yaraqlıları boynuna götürür.

Ana səhifəXəbərlərTürkiyədə partlayış olub, ölənlər var