Türkiyədə fövqəladə vəziyyət elan olundu

Natiq Cəfərli: “Bir dollar 3,10 lirə oldu, sabah birjaları da kəskin düşəcək”

Source:

Natiq Cəfərli: “Bir dollar 3,10 lirə oldu, sabah birjaları da kəskin düşəcək”

Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan olundu. “Sözçü” qəzetinin yaydığı məlumata görə, bu barədə prezidenti Rəcəb Tayyib Ərdoğan MTŞ və Nazirlər Kabinetinin iclasında şərh verib. Prezident belə bir qərar verildiyini açıqlayıb.

Qərarı öz Facebook səhifəsində şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, bu, Türkiyə iqtisadiyyatına ciddi təsir göstərəcək:

“Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan olundu. Bir dollar 3,10 lirə oldu, sabah birjaları da kəskin düşəcək, lirə daha da ucuzlaşacaq.

Hərbi çevriliş olan gecə belə olacağı haqqında yazmışdım. Bəziləri qınamışdı məni, anlamaq lazımdır ki, iqtisadiyyat təməldir, siyasət onun üzərində qurulur”.

Ana səhifəXəbərlərTürkiyədə fövqəladə vəziyyət elan olundu